Menu

Türkiyədə 31 terrorçu öldürülüb

05.11.2015, 13:33
Türkiyədə 31 terrorçu öldürülüb

Əməliyyat ölkənin Yüksəkova bölgəsində aparılıb

Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 31 terrorçu zərərsizləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyat ölkənin Yüksəkova bölgəsində aparılıb.

Xəbərdə bildirilib ki, oktyabrın 4-də keçirilən aniterror əməliyyatı nəticəsində 15 terrorçu məhv edilmişdi: "Bu gün terrorçu qruplaşma üzvlərinin cəmləşdiyi yerlər təyin edilərək, həmin ərazilərin bombalanması nəticəsində daha 16 silahlı öldürülüb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol