Menu

Çiskinli yağış yağacaq - Proqnoz

06.11.2015, 13:46

havaSabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 7-də yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol