Menu

Qəzaya uğrayan təyyarənin komandiri ilə bağlı yeni məlumat

06.11.2015, 15:07
Qəzaya uğrayan təyyarənin komandiri ilə bağlı yeni məlumat

Gevorq Tovmasyan helikopterlə Dağlıq Qarabağdan yaralı erməniləri daşıyıb, onlara dava-dərman çatdırıb

Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsinin komandiri, Ermənistan vətəndaşı Gevorq Tovmasyan Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərə yardım edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Gevorq Tovmasyan helikopterlə Dağlıq Qarabağdan yaralı erməniləri daşıyıb, onlara dava-dərman çatdırıb. Xəbərdə bildirilib ki, o, Əfqanıstanda keçmiş sovet qoşunlarının tərkibində xidmət edib.

Qeyd edək ki, Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsi Ermənistanın "Ala İnternational Ltd" şirkətinə məxsusdur. Onun göyərtəsində 18 nəfər, o cümlədən 6 pilot olub. Qəza nəticəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan, biri isə Rusiya vətəndaşıdır. Təyyarə yaşayış evinin üstünə düşdüyündən qəza nəticəsində 50-dən çox insan həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol