Menu

Rusiya XİN-in başçısı Ermənistana gedir

06.11.2015, 17:24
Rusiya XİN-in başçısı Ermənistana gedir

Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, S.Lavrov səfər çərçivəsində erməni həmkarı Edvard Nalbandyanla görüşəcək. Tərəflər arasında qarşılıqlı maraq doğuran, eləcə də beynəlxalq və regional problemlərə dair məsələlər müzakirə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol