Menu

Bakıda polis avtomobili qəzaya uğradı: yaralılar var

07.11.2015, 09:59

yol-polisi-qezaBakıda polis əməkdaşları avtomobil qəzasına düşüb. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, Bakı sakini, 1990-cı il təvəllüdlü Yusif İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) polis əməkdaşı, serjant, 1989-cu il təvəllüdlü Kamran Həsənovun idarə etdiyi “Volkswagen Polo” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində polis serjantı K.Həsənov və ekipaj üzvü, 1990-cı il təvəllüdlü Şahmar Abdullayev xəsarət alıb.

Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol