Menu

Bəzi ərazilərdə intensiv yağış yağacaq - Proqnoz

07.11.2015, 12:58
Bəzi ərazilərdə intensiv yağış yağacaq - Proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq.

Noyabrın 8-də Azərbaycanın bölgələrinin bəzi yerlərində yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərində duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol