Menu

Putin Misirə aviauçuşları qadağan etdi

08.11.2015, 22:57

1-putin-udivlenRusiya prezidenti Vladimir Putin noyabrın 8-dən Rusiyadan Misir Ərəb Respublikasına aviauçuşları müvəqqəti qadağan edən sərəncam imzalayıb. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, müvafiq informasiya rəsmi saytda yerləşdirilib.

“Rusiya aviaşirkətlərinə Rusiya Federasiyası ərazisindən Misir ərazisinə hava uçuşları həyata keçirmək müvəqqəti qadağan edilir” – sənəddə deyilir.

Az öncə Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTB - FSB) A321 sərnişin təyyarəsinin qəza səbəbi tam aydınlaşanadək Misirlə aviaəlaqəni dayandırmaq ideyasını dəstəkləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol