Menu

Naxçıvanlı jurnalist ağır xəsarət alıb

09.11.2015, 14:51
Naxçıvanlı jurnalist ağır xəsarət alıb

Bazar günü naxçıvanlı jurnalist Həkimeldostu Mehdiyev ağır xəsarət alıb, az qala əlini itirəcəkdi.

Belə ki, öz həyətində iş görərkən metalkəsən aləti (laqunda) saxlaya bilməyərək biləyini kəsib. Yaxınlarının sözlərinə görə, alət onun biləyini yarıya qədər kəsib. Onu təcili Bakıya çatdırıblar və 8 saatlıq əməliyyat edilib.

Həkimlərin sözlərinə görə, xəsarət çox ciddidir, lakin əlin bərpa olunacağına ümid var. Ancaq müalicə bir neçə ay davam edəcək.

Xatırladaq ki, H.Mehdiyev uzun müddət “Yeni Müsavat” qəzeti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Turan agentliyi və bir sıra QHT ilə əməkdaşlıq edib. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol