"Rusiya Qərbin sanksiyalarına daha 1 il ağrısız tab gətirə biləcək, lakin bundan sonra vəziyyət xeyli pisləşəcək".Musavat.com-un məlumatına görə, bu barədə Rusiya şirkətlərinin xarici borclarının həcmini analiz edən “Bloomberg” agentliyi xəbər verib.
“Rusiya haradasa istiqrazlar bazarı baxımından sanksiyaları daha bir il qulaqardı edə bilər. Ancaq əgər 2016-cə ili şirkətlər xüsusi çətinlik olmadan adlaya biləcəksə, 2016-17-ci illər onlar üst-üstə 72 milyard dollarlıq borcu qapatmalıdır. Ciddi problemlər də elə bundan başlayacaq” – qeyd edib agentlik analitikləri.
Daha öncə “Handelsblatt” işgüzar nəşri Avropa Birliyinə yaxın anonim mənbələrə və Almaniya federal hökumətinə istinadən xəbər vermişdi ki, AB Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzatmaq fikrindədir.


Şərhlər