Menu

Senat ABŞ-ın müdafiə büdcəsini təsdiqlədi - 600 milyard dollar

11.11.2015, 01:31
Senat ABŞ-ın müdafiə büdcəsini təsdiqlədi - 600 milyard dollar

ABŞ Senatı Nümayəndələr Palatasının qəbul elədiyi müdafiə büdcəsini qəbul edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, yeni 600 milyard dollarlıq hərbi büdcə prezident Barak Obamanın veto qoyduğu əvvəlki variantın əsas xarakteristikasını özündə saxlayıb. O sırada sənəd terrorizmdə şübhəli bilinən əcnəbilər üçün Kubadakı Quantanamo həbsxanasının bağlanmasına qoyulan qadağının uzadılmasını nəzərdə tutur.

Qanunda həmçinin, Ukraynaya Ağ Ev administrasiyasının razılığı ilə 300 milyon dollarlıq silahla köməyə icazə verilməsi əksini tapıb. Hələ ki, Ağ Ev heç bir işarə vermir ki, belə bir kömək göstəriləcək ya yox.

Obamanın büdcənin yeni variantına da veto qoyub-qoymayacağı da bilinmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol