Menu

DİN 35 nəfəri həbs edib

11.11.2015, 21:36
DİN 35 nəfəri həbs edib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 77 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 8 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol