Menu

Əsədin Suriyada gələcəyi hələ müəyyənləşdirilməyib - Kerri

13.11.2015, 09:10
Əsədin Suriyada gələcəyi hələ müəyyənləşdirilməyib - Kerri

Suriya prezident Bəşər Əsədin gələcəyi və rolu hələ müəyyənləşdirilməyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu sözləri Vaşinqtonda çıxışı zamanı ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, hazırda ABŞ bu məsələni Rusiya və İranla müzakirə edir.

“Əsədin gələcəyi və onun rolu hələ müəyyənləşdirilməyib, biz bunu etiraf edirik”, deyə Kerri bildirərək, ABŞ-ın bundan sonra da Əsədin hakimiyyətdən getməsinə çalışacağını qeyd edib.

Kerri Əsədi “terrorçular üçün maqnit” adlandıraraq, onun apardığı siyasətin bölgədə İŞİD-in genişlənməsi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol