Menu

Bakı metrosunda məktəbli qız relslərin üstünə yıxılıb

15.02.2014, 13:07
Bakı metrosunda məktəbli qız relslərin üstünə yıxılıb

Bakıda metrosunda məktəbli qız qatar relslərinin üstünə yıxılıb.

Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında qeydə alınıb. 14 yaşlı orta məktəb şagirdi Fidan Arif qızı Rzaxanova qatar relsinin üzərinə yıxılıb. Hadisə yerində olan sərnişinlərin səyi nəticəsində F. Rzaxanova təcilli olaraq xəstəxanaya aparılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından APA-ya bildirilib ki, travma ilə xəstəxanaya daxil olan F. Rzaxanovanın vəziyyəti stabildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol