Menu

Fransada qatar aşdı: ölənlər var

14.11.2015, 20:34
Fransada qatar aşdı: ölənlər var

Fransada “TGV” tipli sürətli qatar sınaqdan keçirilərkən relsdən çıxıb, nəticədə azı 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “France Bleu Alsace” radiostansiyası məlumat yayıb.

İlkin məlumata görə, qəza Strasburq yaxınlığındakı Ekveşem şəhərində qeydə alınıb. Bəzi KİV-lərin məlumatına görə, hadisə yerində partlayış səsi eşidilib.

Qatarda sərnişinlərin olmadığı bildirilir. Vaqonların əksəriyyətinin relsdən çıxaraq aşdığı qeyd olunur.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol