Menu

ABŞ Ukraynaya iki RLS verdi

15.11.2015, 10:59
ABŞ Ukraynaya iki RLS verdi

ABŞ hökuməti Ukraynaya batareya əleyhinə mübarizə üçün iki radio-lokasiya sistemi (RLS) verib. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett özünün twitter-dəki səhifəsində yazıb.“Radarlar artıq Lvovdadır” – qeyd edib diplomat.

Q36 RLS-lərin təntənəli təqdimatı Yavorovsk poliqonunda, Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə olacaq.

Q36 RLS-lərin kəşfiyyat uzaqlığı 30 km-dir. Hazırda Ukrayna Silahlı Qüvvələrinin istismarında olan RLS-lərdə bu göstərici 6 km-dir.

Xatırladaq ki, ötən qış ABŞ Kiyevə minaatanlar əleyhinə RLS-lər vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol