"Böyük İyirmilik" zirvə toplantısının yekun kommyunikesi dünya liderlərinin terrorizmə dair qəti mövqeyini əks etdirəcək. ANS PRESS-in məlumatına görə, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAntalyada keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə baş tutan görüşdən sonra deyib.
Ərdoğanın sözlərinə görə, "Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik."
Bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilir.
Rəcəb Tayyib Ərdoğan və Barak Obamanın birgə bəyanatı


Şərhlər