Menu

Azərbaycanda dollar yenidən bahalaşdı

16.11.2015, 09:42
Azərbaycanda dollar yenidən bahalaşdı

Bu gün noyabrın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 13-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0506 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0072 manat və ya 0,64% azalaraq 1,1262 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol