Paytaxtda dələduzluq maddəsi ilə axtarışda olan iki nəfər saxlanılıb.
Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Amil Şahməmmədov tutulub.
Bundan başqa, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Məhəmməd Quliyev də saxlanılıb.


Şərhlər