Menu

Rusiya, Şimal Qütbü nefti üçün Çinin CNPC şirkətilə danışır

16.11.2015, 19:11
Rusiya, Şimal Qütbü nefti üçün Çinin CNPC şirkətilə danışır

Rusiyanın Energetika nazirinin Müavini Anatoly Yanovski, Rusiyanın neft nəhəngi Rosneft-in Şimal Qütbündəki neft axtarışı və hasilatı üçün Çinin milli neft şirkəti CNPC ilə tərəfdaşlıq danışıqları apardığını bildirib.

RİA-Novosti-nin xəbərinə görə, Yanovski, hazırda danışıqların şirkətlər səviyyəsində davam etdiyini dilə gətirərək, "Danışıqları bu mərhələdə Rosneft aparır" - deyib.

Rosneft və CNPC, 2013-ci ildə, 25 il ərzində Çinə 360 milyon ton Rusiya nefti təmin olunması məsələsində 270 milyard dollarlıq müqavilə imzalamışdı. Əvəzində isə CNPC, Rusiyanın qütb zonalarına daxil olmaq hüququ qazanmışdı.

Bənzər bir təklif Hindistanın enerji şirkəti Essar tərəfindən ötən İyul ayında Rosneft-ə edilmişdi. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol