Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinə münasibət bildirib. Hazırda istintaqı davam edən “MTN işi” ilə bağlı məsələyə də toxunan A.Bəşirov XəzərNews.az-a bunları deyib: “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”.
"ELDAR MAHMUDOV NANƏCİB ADAMDIR" - Aydın Bəşirov

Şərhlər