Menu

"Ötən 5 ildə Suriyada ən yaxşı kadrlarımızı itirdik..."

17.11.2015, 18:20
"Ötən 5 ildə Suriyada ən yaxşı kadrlarımızı itirdik..."

"İki il öncə Bəşşar Əsədlə görüşdə ailəsini İrana göndərməsini təklif etmişdim, ancaq o, bunu qəbul etmədi".

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkə xarici işlər nazirinin müavini Hüseynəmir Abdullaian Tehranda Şərif Universitetində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Bəşşar Əsəd təklif qarşılığında ömrünün sonunadək həyat yoldaşı ilə birlikdə Suriyada qalacağını bildirib: "Suriyada 5 ildir iç savaş gedir. Bu müddət ərzində Əsədin qalması üçün ən böyük dəsətəyi İran verib. Ötən 5 ildə ən ağır itkilər verdik. Ən yaxşı kadrlarımızı orada itirdik. Əgər Suriya ordusuna dəstəyimiz olmasayadı, Əsəd iki-üç ilə yıxılardı".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol