Menu

Vasif Talıbovun müavinlərinin kimliyi bilindi

17.11.2015, 19:21

publika.az1402076248vasif_talibovvvvBu gün V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri seçilib.

APA-nın məlumatına görə, 10 saylı Şərur şəhər Seçki Dairəsindən deputat Azər Zeynalov Ali Məclis sədrinin I müavini, 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov isə Ali Məclis sədrinin müavini seçilib.

Qeyd edək ki, IV çağırış Ali Məclisdə də A. Zeynalov Ali Məclis sədrinin I müavini, M. Seyidov isə Ali Məclis sədrinin müavini olub.

Qeyd edək ki, bu gün sessiyada Vasif Talıbov yenidən Ali Məclis sədri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol