Menu

Latviyanın paytaxtında etiraz aksiyası keçirilib

19.11.2015, 01:13
Latviyanın paytaxtında etiraz aksiyası keçirilib

Latviyanın paytaxtı Riqada etiraz aksiyası keçirilib.APA-nın Riqadakı əməkdaşı xəbər verir ki, şəhərin Valnu küçəsinə toplaşan aksiya iştirakçıları məskunlaşdıqları yataqxanadan çıxarılmalarına etiraz ediblər.

Onların sözlərinə görə, illərdir həmin yataqxanada məskunlaşıblar və indi "Lattelecom" şirkəti onları yataqxanadan çıxarıb. Hazırda həmin yataqxanada hərbçilər yerləşdirilib.

Aksiya iştirakçıları yağışlı havada küçədə yataq salaraq, yerdə uzanıblar. Onlar bəyan ediblər ki, hüquqları bərpa olunana qədər küçədə yaşayacaqlar. Qeyd edək ki, iki gündür Riqada güclü yağış yağır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol