Menu

AZAL geri çəkildi

19.11.2015, 10:13
AZAL geri çəkildi

Şirkətin bu addımı daxili turizmə zərbə kimi qiymətləndirilmişdi.

Bakı-Gəncə aviareysi bərpa olunub.

Oxu.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.

“Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə və bazar günləri təşkil olunacaq”, - deyə P. Kəsəmənski bildirib.

P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan etmişdi.

Bu isə öz növbəsində həmin ərazidə yaşayan insanların kəskin narazılığına səbəb olmuş, AZAL-ın bu addımı daxili turizmə zərbə kimi qiymətləndirilmişdi.

Lakin göründüyü kimi, şirkət ictimai narazılığın artdığını görərək, bu, qeyri-populyar qərarını ləğv etməyə məcbur olub.

Qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol