Menu

Hakim qarşısına çıxarılmalı olan tanınmış iş adamı xəstəxanaya yerləşdirildi

19.11.2015, 19:09
Hakim qarşısına çıxarılmalı olan tanınmış iş adamı xəstəxanaya yerləşdirildi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov xəstəxanaya yerləşdirilib.

“Report”un əldə etdiyi məlumata görə, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb.

R.Bəkirov əməliyyat ediləcək.

O, əməliyyat edildikdən və səhhəti normallaşandan sonra məhkəməyə aparılacaq.

Qeyd edək ki, R.Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılmalı idi.

R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol