Menu

8 kq narkotiklə saxlanılan şəxs: "Çayın qırağından yığmışam" - VİDEO

20.11.2015, 19:43
8 kq narkotiklə saxlanılan şəxs: "Çayın qırağından yığmışam" - VİDEO

Bakıda 8 kq-dan artıq narkotik maddəni satmaq istəyən şəxs həbs olunub. 

 Binəqədi Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elman Mirzəyev saxlanılıb. Onun əlindəki  torbaya baxış zamanı 8 kiloqram 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 E.Mirzəyev ifadəsi zamanı narkotik maddəni satmaq niyyəti ilə Bakı şəhərinə apardığını bildirib:

 "Bir ay bundan əvvəl çayın qırağından nəşə yığdım, aparıb evdə qurutdum. Dedim ki, aparım Bakıya, 5 minə satım. Satmaq istəyəndə polis məni tutdu".

 Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Region TV)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol