Həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz olaraq qalıb.
Trend-in məlumatına görə, müvafiq olaraq ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,05074 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 9 noyabr | - | 16 noyabr | 1,0506 |
| 10 noyabr | 1,0501 | 17 noyabr | 1,0509 |
| 11 noyabr | 1,0504 | 18 noyabr | 1,0510 |
| 12 noyabr | 1,0503 | 19 noyabr | 1,0506 |
| 13 noyabr | 1,0502 | 20 noyabr | 1,0506 |
| Həftə ərzində orta məzənnə | 1,05025 | Həftə ərzində orta məzənnə | 1,05074 |
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0005 manat (0,04faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,12312 manat səviyyəsində müəyyən olunub.
| Avroya nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 9 noyabr | - | 16 noyabr | 1,1262 |
| 10 noyabr | 1,1281 | 17 noyabr | 1,1202 |
| 11 noyabr | 1,1301 | 18 noyabr | 1,1183 |
| 12 noyabr | 1,1302 | 19 noyabr | 1,1252 |
| 13 noyabr | 1,1334 | 20 noyabr | 1,1257 |
| Həftə ərzində orta məzənnə | 1,13045 | Həftə ərzində orta məzənnə | 1,12312 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 1,1557 manat (0,1 faiz) aşağı düşüb. Müvafiq olaraq, qızılın orta qiyməti 1133,4 manat təşkil edib.
| 1 unsiya qızılın qiymətinin dəyişməsi: | |||
| 9 noyabr | - | 16 noyabr | 1136,2239 |
| 10 noyabr | 1144,1890 | 17 noyabr | 1137,38 |
| 11 noyabr | 1141,8898 | 18 noyabr | 1134,2392 |
| 12 noyabr | 1140,5208 | 19 noyabr | 1121,7782 |
| 13 noyabr | 1141,9875 | 20 noyabr | 1137,3796 |
| Həftə ərzində orta | 1142,146775 | Həftə ərzində orta | 1133,4 |
İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.


Şərhlər