Qızılın qiyməti bahalaşan dollar və Fed rəsmilərinin faizləri önümüzdəki ay artıracağı siqnallarını verməyə davam etmələrilə bu gün dəyərdən düşüb və ötən həftə gördüyü altı ilə yaxın bir müddətin ən aşağı səviyyəsinə yenidən yaxınlaşıb.
Qızılın unsiyasının qiyməti 0.7 faiz azalma ilə 1070.36 dollara düşüb. Qızıl son 16 seansın 13-ündə ucuzlaşıb.
Qiymətlər ötən həftə 1064.95 dollara enərək Fevral 2010-dan bu yana ən aşağı səviyyəyə geriləmişdi. /"Marja"


Şərhlər