Menu

Rusiya İŞİD obyektlərinə 472 zərbə endirib

23.11.2015, 12:23
Rusiya İŞİD obyektlərinə 472 zərbə endirib

Son iki gündə Rusiya təyyarələri Suriyada terrorçuların obyektlərinə 472 zərbə endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, aviazərbələr əsasən Hələb, Dəməşq, İdlib, Latakiya, Hama, Hums, Rakka və Deyr-ez-Zor məntəqələrindəki mövqelərə endirilib. Konaşenkov qeyd edib ki, əməliyyatda iştirak edən təyyarələrin hamısı “Hmeymim” aviabazasına qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol