“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 20 noyabr 2015-ci il tarixində Sabirabad rayonunda "Sağlam həyat" ( regionlarda zərərli vərdişlərin profilaktikası) mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavanşir Nəsirov açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakcılarına geniş məlumat verdi. Təşkilatın İcraçı direktoru Tələt Qəribov problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə cıxış etdi. Rayonun Ağsaqqal ziyalısı Adil Fərəcov çıxış edərək dövətimizin bu problemlərin həllində gördüyü işlərdən bəhs edərək, bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışaraq belə tədbirlərin davamlı xarakter daşımasını arzuladı. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşı polis-mayoru Fikrət Bağırov mövzü ətrafında çıxış edib. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər, papaq və köynəklər paylanıb.
[gallery columns="5" size="full" ids="172239,172240,172241,172242,172243"]


Şərhlər