Menu

“Qalatasaray”ın yeni baş məşqçisi bəlli olub

23.11.2015, 17:44
“Qalatasaray”ın yeni baş məşqçisi bəlli olub

Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisi bəlli olub.

APA-nın xəbərinə görə, klub ölkənin ən tanınmış futbol mütəxəssislərindən olan Mustafa Dənizli ilə anlaşıb.

Bu gün “Qalatasaray” prezidenti Dursun Özbək Mustafa Dənizli ilə görüşüb və razılıq əldə edib. Hələlik tərəflər arasında rəsmi müqavilə imzalanmayıb.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi ötən həftə baş məşqçi Hamza Hamzaoğlunu vəzifədən uzaqlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol