Menu

Dağıstanda anti-terror əməliyyatı keçirilir

24.11.2015, 09:05
Dağıstanda anti-terror əməliyyatı keçirilir

Dağıstanın daha 2 rayonunda yerli vaxtla saat 06:00-dan etibarən anti-terror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə milli anti-terror Komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, xüsusi rejim Buynaks və Qarabudaxkənd rayonlarında tətbiq edilib.

Adıçəkilən rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Qeyd edək ki, ötən axşam Tabasaran rayonunda da anti-terror əməliyyatı rejimi tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol