Menu

BAŞ PROKURORLUQ CİNAYƏT İŞİ AÇDI: XƏDİCƏ İSMAYIL İSTİNTAQDA! - Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb

18.02.2014, 13:19
BAŞ PROKURORLUQ CİNAYƏT İŞİ AÇDI: XƏDİCƏ İSMAYIL İSTİNTAQDA! - Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb

Baş Prokurorluq Xədicə İsmayılın yaydığı sənədə görə cinayət işi açıb və jurnalist ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. Bu barədə X.İsmayıl özü məlumat yayıb.

Xatırladaq ki, X.İsmayıl bir neçə gün öncə sensasion hesab olunan sənəd yayıb. Söhbət “Tam məxfi” qrifli hesabat məktubundan gedir. Xədicə İsmayılın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt məktubu ictimailəşdirmək istəməyib.

Məktub MTN-in daxili kəşfiyyat rəisinə ünvanlanıb və hansısa tanınmış müxalifətçinin ələ alınmasından bəhs edir. Xədicə İsmayıl həmin adamın adını pozub. .

Jurnalist sənədi belə təqdim etmişdi: “2011-ci ildə belə bir kağız parçasının şəklini göndərdilər mənə. Göndərən də Mirsaleh müəllim kimi keçmiş MTN işçisi idi. Niyə göndərdi, nə məqsəd güdürdü, bilmirəm. Amma bu kağız parçasının şəklini sənəd adlandırmaq üçün onun həqiqiliyini yoxlamaq imkanım olmadığından qaldı qaldığı yerdə. Bu gün ANS telekanalında yekə yekə danışırdılar MTN haqqında. Busuz da siz.

Mənə göndərilən variantda adların və detalların üstü pozulmayıb. Mən pozmuşam ki, heç kimə qara yaxılmasına vasitə olmayım.”

Bu gün isə X.İsmayıl Baş Prokurorluğa çağırıldığı haqda Facebook-da məlumat yayıb. Jurnalist bununla bağlı yazıb:

"Baş prokurorluqdan zəng elədilər. Cinayət işi açıblar. İki məsələ məni xeyli əyləndirdi: 

1. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284). Müstəntiq deyir, sənəd yaymışam Facebookda. Soruşdum, belə çıxır, siz təsdiqləyirsiz ki, o sənəd həqiqidir və dövlət sirri kəsb edir? Dedi bu barədə söhbət edərik.

2. Məni şahid qismində dəvət eləyirlər. Dedim rəsmən çağırış vərəqəsi göndərin. Dedilər ünvanı deyin. Dedim sizə çoxlu şikayət yazmışam özümə qarşı cinayətlərin Bakı şəhər prokurorluğunda araşdırılmaması ilə bağlı. Ünvanım var sizdə. Xoşuna gəlmədi. Dedi niyə belə aqressivsiz. Dedim, əsla aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdu, boş-boş işlərlə məşğul olursuz, onda bu işi də görün, bir zəhmət. Mobil telefonumu bilirlər, ünvanımı bilmirlər."

V.Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol