Menu

Təhsil şöbəsinə yeni müdir təyin olundu

25.11.2015, 12:29

mikayil_cabbarov_270613Tərtər rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. "Report"un məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Surxay Xasay oğlu Mirzəyev Tərtər rayon Təhsil Şöbəsinə müdir təyin edilib. S.Mirzəyev bundan əvvəl rayon təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər rayon Təhsil Şöbəsinin əvvəlki müdiri Aydın Qarayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol