Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında

Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət bildirib.

Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənovun adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur: “Nazirin ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk”.