Menu

Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi – VİDEO

01.12.2015, 10:27
Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi – VİDEO

Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri Oleq Peşkovun cəsədi olan hərbi təyyarə Podmoskovyedə Çkalovski aerodromunda yerə enib.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın hava məkanında uçuş zamanı təyyarəni qırıcıların eskortu müşayiət edib. Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik Oleq Peşkovun cəsədi olan hərbi təyyarəni Çkalovski aerodromunda Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Rusiyanın Hava-kosmik qüvvələrinin komandanı general-polkovnik Viktor Bondarev qarşılayıb”, - məlumatda deyilir.

Xatırladaq ki, Türkiyə HHQ noyabrın 24-də Suriyada terror əleyhinə əməliyyatı həyata keçirən Rusiyanın Su-24 təyyarəsini vurub. Hər iki təyyarəçi katapulta edib, Peşkov yerdən açılan atəş nəticəsində həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol