Bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. "AzPolitika"nın məlumatına görə, Prezident MR-də bir sıra yeni müəssisələrin açılışında iştirak edir.
Maraqlıdır ki, artıq başlayan səfərlə bağlı rəsmi məlumat yoxdur. Rəsmi informasiya agentliyi Prezidentin Naxçıvana səfərə gedəcəyi haqda da məlumat verməyib.
MR sakinlərinin "AzPolitika"ya verdiyi məlumata görə isə, Prezidentin səfəri ilə bağlı Naxçıvan şəhərində bir sıra yollar bağlanıb, şəhərdə hərəkət çətinliyi yaranıb. İlham Əliyevin hazırda Şahbuz rayonunda olduğu bildirilir.
* * *
Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.
Prezident daha sonra Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Ölkə başçısı Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib. /"AzərTac"
Böyütmək üçün şəkillərə klikləyin
[gallery columns="5" size="full" ids="174515,174516,174517,174518,174519,174520,174521,174522,174523,174524"]


Şərhlər