Menu

Nardaranda atışmada ölənlər dəfn edildi - YENİLƏNİB

01.12.2015, 13:10
Nardaranda atışmada ölənlər dəfn edildi - YENİLƏNİB

Meyitlər bu gün səhər kəndə gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunub

Nardaranda baş verən silahlı insidentdə ölən silahlı dəstə üzvlərinin meyitləri ailələrinə verilib.

APA-nın qəsəbədə olan əməkdaşı bildirir ki, meyitlər bu gün səhər Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunublar.

Qeyd edək ki, bu il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat təşkil olunub.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.

* * * 

Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbəyə gətirilib. “Report”un xəbərinə görə, Nardaran qeydiyyatında olan üç nəfərin meyiti hazırda qəsəbədədir. Onların yaxın saatlarda dəfn ediləcəyi bildirilir.

Xatırladaq ki, hüquq-mühafizə orqanları hazırda Nardaranda xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Ölənlərdən üçü Nardaran sakinidir.

2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol