Sən qürursan əyilməyən...

Nurəddin İSMAYIL

---------------------

Bu gün Azərbaycan xalqının böyük şairi, şeirləri insanı insan kimi yaşamağa, vətən uğrunda döyüşə, haqsızlıqla mücadiləyə səsləyən, hər misrası vətən sevgisi ilə dolu, haray çəkən, hayqıran, o taylı, bu taylı Azərbaycan dərdini dünyaya car çəkən, söz ustadı, söz əkinçisi Məmməd Arazın haqqa qovuşan, Allah dərgahına yol tutub getdiyi gündür. Allah şairimizi rəhmət eləsin, məkanı cənnət olsun. Və bu yazı M.Arazın 50 yaşı tamam olan günü yazdığım, ancaq zəifdir deyə utanıb, sağlığında özünə təqdim etmədiyim bir yazıdır ki, onu əziz Məmməd sevərlərə təqdim etməyi özümə borc bildim.

Gözü yaşlı xan Arazdan,

Yadigarsan, Məmməd Araz,

Durub əsrin şah dağında,

Öz xalqının talehinə

Ağlayansan Məmməd Araz.

Vətən dərdi çəkməsəyidin,

Dünya üçün əsməsəydin,

Vətən deyə oğulların

Sığınmazdı hər misrana

Məmməd Araz, Məmməd Araz.

Sən şimşəkdən od almısan,

Bülənd olub ucalmısan,

Xalq yolunda yananların

Canlı heykəl timsalısan

Məmməd Araz, Məmməd Araz.

Uçqunları gur səsinlə,

Uçurmağın, yıxmağın var,

Səd qarışıq Arazı sən,

Təzdən söküb qurmağın var

Məmməd Araz, Məmmdə Araz

Sən qürursan əyilməyən,

İtməmisən fiqur kimi,

Şahı bir an mat eyləyən,

Sərkərdəsən özün kimi,

Məmməd Araz, Məmməd Araz.

Azərbaycan torpağından,

Maya tutdun, ucaldın sən,

Əlli ilin sorağında,

Neçə ömür qocaldın sən,

Məmməd Araz, Məmməd Araz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar