Menu

İrəvanın mərkəzi meydanında oturaq aksiya keçirilir

02.12.2015, 10:20
İrəvanın mərkəzi meydanında oturaq aksiya keçirilir

“Yeni Ermənistan” hərəkatı İrəvanın mərkəzindəki Azadlıq meydanında bir günlük oturaq aksiya keçirir.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, aksiya dünəndən başlayıb. Konstitusiya islahatlarının əleyhinə olan “İrs” partiyasının lideri Raffi Ovanisyan bildirib ki, nümayişçilər növbəli şəkildə meydanda olacaqlar.

Bu gün saat 18:00-dan başlayaraq isə yeni mitinq keçiriləcək, ardınca isə nümayiş olacaq.

Xatırladaq ki, dekabrın 6-da Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol