Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının rəhbəri Gültəkin Hacıbəyli Cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadəni aşağılayan gəncəli deputat Naqif Həmzəyev haqqında maraqlı araşdırma apararaq qeyri - adi nəticələr ortaya qoyub.
Siyasətçi olmaqla yanaşı həm də ixtisasca dilçilik uzmanı olan Gültəkin xanım iddia edir ki, Naqif elə adına uyğun davranış sərgiləyib və onun Məmməd Əminin kimliyini bilməməsində qeyri - adi heç nə yoxdur:

Bir daha təkrar edirəm, onun adının iki mənası var:
1. yumurtadan təzəcə çıxmaq
2. dağıtmaq, məhv etmək.
Haqif Həmzəyev parlamentə təyin olunan kimi adının hər iki mənasını doğrultdu.


Şərhlər