Xarici KİV-in yaydığı məlumata görə, Rusiya Suriyadakı iştirakını genişləndirməyi və bu məqsədlə Homsda ikinci aviabazanı tikməyi planlaşdırır. Bu barədə məlumatı Moskvaya yaxınlığı ilə seçilən Küveyt həftəliyi yayıb (İran.ru).
Xəbərə görə, Rusiyanın kəşfiyyat briqadaları Homsun 35 kilometrliyində yerləşən Əl-Şayrat aviabazasının yaxınlığında yerləşdiriləcək.
«Əl-Şayrat aivabazasında təyyarələr üçün nəzərdə tutulmuş 45 anqar yerləşir. Onların hər biri ixtiyari hücumdan qorunmaq üçün möhkəmləndirilib» - deyə, Rusiya, İran, İraq, Suriya və Hizbullah (4+1) koalisiyasının informasiya mərkəzi xəbər verir.
İndiki halda, ehtiyatda saxlanan mühəndislərin iştirakı ilə bazada 3 kilometrlik uçuş-eniş zolağı hazırlanır.
Hazırda Suiyadakı Rusiya hərbi kontingenti uçuşları Latakiya beynəlxalq aeroportunun yanındakı Hmeymim aviabazasından həyata keçirir. Payızın əvvəlindən indiyə kimi Rusiya bu bazada 50 təyyarə yerləşdirib.
AzPolitika.info


Şərhlər