Fevralın 21-də saat 12-dən «Bakıelektrikşəbəkə» ASC-nin borcu olan bütün abunəçilərinin elektriki kəsiləcək. www.bes.az saytındakı elanda deyilir ki, güclü soyuq olduğu üçün yanvarda istisna edildi, indi borcunu ödəməyənlər cəzalandırılacaq.

«Bakıelektrikşəbəkə» ASC 2008-2010-cu illərdə volyuntarizm göstərərək kütləvi şəkildə elektriki kəsirdi. İnanırıq ki, indiki qərar yanvardakı borcunu ödəyib fevral bildirişini alanlara şamil edilməyəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 6 yanvar 2010-cu il tarixli «Elektrik enerjisindən istifadə qaydaları»na müəyyən düzəliş edilib. Belə ki, 14-cü bənddə qeyd olunur ki, istehlakçı xidmət haqqını bildiriş alandan sonra 1 aya ödəməlidir. Əvvəlki redaksiyada bu müddət 5 bank günü idi