Sən demə, Elnur İbrahimovun yaydığı fotolardakı təyyarə özünün deyilmiş
“Kirayədə qalmağımızla bağlı yayılan xəbərlər həqiqətdir. Biz bir ildən çoxdur ki, kirayədə yaşayırıq”. Bunu lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ailəsindən bildiriblər.
Məlumatda o da bildirilib ki, Bakıda ailəyə məxsus xüsusi malikanə yoxdur.
Ailəsindən verilən digər məlumat isə Elnur İbrahimovun sosial şəbəkədə yaydığı fotolarla bağlı olub: "O təyyarə Elnurun xaricdəki dostlarından birinə məxsusdur. Bizim elə əmlakımız yoxdur”.
Qeyd edək ki, N. İbrahimovun ailəsinin kirayədə yaşaması ilə bağlı ilk xəbəri "qafqazinfo.az" yayıb.
Maraqlıdır, görəsən qardaşları N. İbrahimova nə əcəb ev alıb vermir ki, kişi kirayələrdə yaşamaqdan xilas olsun. Biri milyardlıq layihə həyata keçirir, digəri 300 minlik maşılarını nümayış etdirir. Ondansa yığışın qardaşınıza bir ev alın da!
Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi də bu məsələyə diqqət yetirməlidir. N. İbrahimov nazir statusunda adamdır. Evsiz nazir olar? Xaricdə bizə nə deyərlər? Biabır olduq!
AzPolitika.info


Şərhlər