“Türkiyə Rusiyanın təyyarəsini vurub: bəs sonra nə olacaq?”
İndiyədək Rusiya hərbi aviasiyasının Suriyada həyata keçirdiyi kampaniya, hərbi plan baxımından demək olar ki, hamar gedib. Rusiya Hərbi Hava Qüvvələrinin texniki vəziyyəti heç də yaxşı səviyyədə deyil. Beləki, onlar bu il keçirdikləri sınaq və məşq uçuşları zamanı baş verən qəzalar nəticəsində bir neçə təyyarə itirmişdilər. Ancaq bütün bunlara baxmayaraq, rusların hal-hazırda Suriyadakı hərbi-hava əməliyyatlarını intensivləşdirməsi, hətta Qərbin ən nikbin dəyərləndirmələrini də üstələyib. (Forbes)
Ruslar mexaniki nasazlığa və rəqib tərəfindən atılan atəşə görə heç bir itki verməyərək, 4 mindən çox avaizərbə vurublar. Bundan başqa Rusiya hərbi bazasının yerləşdiyi rayonun təhlükəsizliyi problemsiz təmin edilir və Suriyada fəaliyyət göstərən müxtəlif terrorçu qruplara Rusiyanın yerüstü güclərinə və təchizat vasitələrinə (hələki!) zərbə vurmaq müyəssər olmayıb. Bəli, oktyabr ayının sonunda bir rus əsgəri öldürülmüşü, lakin əgər məsələyə müharibə meyarından yanaşsaq, onda deyə bilərik ki, müharibə Rusiya üçün itkisiz gedir.
Ancaq türklər Rusiyanın “SU-24” (NATO-nun Fencer-qılıncoynadan kod adı verdiyi) bombardmançı təyyarəsini vurduqdan sonra hər şey dəyişdi. Məlumdur ki, Türkiyə NATO-nun üzvüdür və baş verən insident Koreya müharibəsindən sonra NATO tərəfindən sovet/rus təyyarəsinin ilk vurulması hadisəsidir. Sözsüz ki, bu zarafat ediləcək hadisə deyil.

Nyu-York Universitetinin professoru və Rusiya ilə bağlı təhlükəsizlik məsələləri üzrə mütəxəssis Mark Qaleotti hazırkı vəziyyətin Üçüncü Dünya Müharibəsinin xəbərçisi olmamasını söyləməkdə haqlıdır. Hətta, əgər ruslar Türkiyəyə qarşı geniş miqyaslı müharibəyə başlamaq istəsələr də belə, onların bunu həyata keçirmək üçün resursları yoxdur. Rusiya ordusunun hədsiz məhdud imkanlarla Suriyaya hansı çətinliklə hərbi güc və lazımı vasitələr göndərdiyi açıq göründü. Belə bir şəraitdə onların Türkiyə kimi ciddi rəqiblə müharibə aparması üçün, sadəcə olaraq imkanları çatmır. Heç şübhə yoxdur ki, baş verənləri öz şəxsi hakimiyyətinə qarşı meydan oxuma kimi qəbul edən Putindən əsəbi ifadələr gözləmək olar. Amma Rusiya qırıcı təyyarələrinin Ankaraya uçacağını güman etməyə dəyməz.
Hərçənd ki, sağlam məntiq baş verən hadisə ilə əlaqədar məsələdə Türkiyə ilə Rusiya arasındakı gərginliyin artmaması üçün lazımı addımlar atılacağını və gərginliyin səngiyəcəyini deyir. Lakin digər tərəfdən isə sağlam məntiq, bizim necə real təhlükəli həddə yaxınlaşdığımızı da söyləyir. Həqiqətən də ruslar baş verən hadisənin yaddan çıxarılmasına çalışsalar, onda türklər də bunu tezliklə unutmalıdırlar. Ancaq Türkiyə ilə Rusiya özgənın əli ilə Suriyadakı müharibənin içərisinə giriblər.
Gözləmək lazım deyil ki, baş verən bu hadisələr Rusiya və NATO arasında geniş miqyaslı müharibəyə gətirib çıxara bilər. Bunun üçün heç bir istək yoxdur. Lakin buna baxmayaraq, həmin insidentin bundan da irəliyə gedəcək nəticələr doğurmayacağına, tezliklə və asanlıqla kənara qoyulacağına ümüd bəsləmək olmaz. Həm ruslar, həm də türklər Suriyaya müdaxilə etməklə, geosiyası təsir və beynəlxalq nüfuz əldə etməyə can atırlar.
İstisna deyil ki, təyyarə vurulması hadisəsi uzunmüddətli perspektivdə tüstülənən bu təhlükəli münaqişənin alovlanmasının başlanğıcı ola bilər. Ehtirasların coşduğunun müşahidə edildiyi indiki vaxtda, gələcəyin necə olacağını təsəvvür etmək heç də çətin deyil. Əgər ruslar kürdlərə pərdə arxasından yardım edərsə, onda türklər də müxtəlif yollarla Şimali Qafqazdakı yaraqlılara kömək göstərəcək.
Çevirdi: Vaqif NƏSİBOV

Şərhlər