Menu

Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayı 28-ə çatıb

20.02.2014, 10:18
Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayı 28-ə çatıb

Ukrayna Səhiyyə Nazirliyi hadisələr zamanı ölən və xəsarət alanlar haqqında yeni rəqəmlər açıqlayıb

Ukrayna Səhiyyə Nazirliyi paytaxt Kiyevdə baş verən toqquşmalar zamanı ölənlər və yaralananlar haqqında yeni rəqəmlər açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, qarşıdurmanın yeni dalğasının başladığı fevralın 18-dən fevralın 20-si səhər saat 06-ya olan məlumata əsasən 28 nəfər ölüb, yaralanan 445 nəfər tibb məntəqələrinə müraciət edib.

Xəstəxanalarda hazırda 287 nəfər müalicə olunur, onlarda 88-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəstəxanalarda müalicə alanlar arasında 6 jurnalist, yetkinlik yaşına çatmayan 4 nəfər, 2 əcnəbi və 1 müxalifətçi deputat (Vasili Pazinyak) da var.

Ümumilikdə toqquşmalarda təxminən 800 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol