İnternetdə yayılmış "məxfi sənəd"lərdə adı MTN agenti kimi keçən "Elçibəyçi" müxalifətçinin kimliyi məlum olub. Söhbət məşhur Elman Türkoğludan gedir. Həmin sənədlərdən belə aydınlaşır ki, E.Türkoğlu 1192-ci ildə Şəkidə baş vermiş zorlama hadisəsinə görə əməkdaşlığa cəlb olunub.
Bu gün agentlikdə adı hallandırılan Elman Türkoğlu jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli və AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovu məhkəməyə verəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, "bayraqdar" bu addımı X. İsmayılın bir neçə gün əvvəl Facebookda Türkoğlunun MTN-lə əməkdaşlıq etməsi barədə yaydığı sənədə görə atdığını bildirib: “Bu saxta sənədi Xədicə İsmayıl 2010-cu ildə Əli Kərimlinin kabinetində hazırlayıb”.
E. Türkoğlu həmçinin X. İsmayıla açıq məktub da yazıb: “Men ömrüm boyu heç bir qadının qəlbinə dəyməmişəm və bundan sonra da dəyməyəcəyəm. Qadınları biz kişilərin başının tacı sanmışam. Amma bu gün sənə qarşı hörmətim azalıb. Üç il bundan əvvəl saxta bir sənəd hazırladınız ki, guya mən MTN-nin agetiyəm, MTN hər ay mənə 600 manat maaş verir. Siz məhkəmədə mənə sübut etməlisiniz ki, MTN-nin agent olmuşam”.


Şərhlər