Misirin paytaxtı Qahirədə bir gecə klubuna hücum olunub.Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
Məlumata görə, Qahirədə bir otelin içərisində yer alan gecə klubuna molotof kokteyli ilə hücum olunub. Nəticədə, hücumda 16 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Rəsmilər daha əvvəl 18 nəfərin öldüyünü bildirmişdilər.
İlkin məlumata görə, ölənlər yanaraq və ya zəhirlənərək, həyatlarını itiriblər.


Şərhlər