Menu

Ermənistanda “sükut günü”dür

05.12.2015, 12:22
Ermənistanda “sükut günü”dür

Bu gün - dekabrın 5-də Ermənistanda “sükut günü” elan edilib. Gecə yarısı konstitusiya islahatları üzrə referendumla əlaqədar təbliğat kampaniyasına son verilib, “Novosti Armenii” məlumat yayıb. Oxu.az xəbər verir ki, dekabrın 5-də kütləvi informasiya vasitələrində istənilən təbliğat forması qadağandır.

Konstitusiya islahatları üzrə növbəti referendum dekabrın 6-da saat 08:00-dan 20:00-a qədər keçiriləcək.

Ermənistanda 1988 seçki məntəqəsi açılacaq. Siyahıya daxil edilən seçicilərin ümumi sayı 2.554.332 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol