Menu

Neftçala və Şamaxı sakinlərinin evindən silah tapılıb

05.12.2015, 13:49
Neftçala və Şamaxı sakinlərinin evindən silah tapılıb

Neftçala polisi əməliyyat keçirib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xolqarabucaq kənd sakini İlham İbadovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” və “İJ-16” markalı tüfənglər aşkar edilərək götürülüb.

Həmçinin, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirli kənd sakini Ruslan Əhmədovdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol